KRİOGEN DİSLOKASİYA

süxurların qeyri-tektonik dislokasiyası. Qrunt sularında buzun əmələ gəlməsi ilə əlaqədar süxurların donması və həcminin dəyişməsi nəticəsində baş verir. криогенная дислокация cryogenic dislocation
KRİK
KRİOGENEZ
OBASTAN VİKİ
Dislokasiya
Dislokasiya — xətti qüsur; Material elmində qüsurlar kristal strukturların atom düzülüşündə bir xətt boyunca görünür. Dislokasiya və ya xətti qüsur; Material elmində qüsurlar kristal strukturların atom düzülüşündə bir xətt boyunca görünür. Atomların tarazlıq mövqeyini tərk etməsi nəticəsində xətt ətrafında qalıq gərginliklər yaranır və gərginlik enerjisi yığılır. Dislokasiyalar adətən materialların bərkimə prosesində baş verir, lakin plastik deformasiya zamanı onların sayı artır. Digər tərəfdən, boş künclərin yığılması və bərk məhlullarda görünən atom uyğunsuzluğu da bu qüsurlara səbəb ola bilər. Dislokasiyanın iki əsas növü var. kənar dislokasiya vida dislokasiyası Reallıqda bu iki dislokasiyanın xüsusiyyətləri birlikdə görünür. Belə dislokasiyalara qarışıq dislokasiyalar deyilir. Qüsurların mövcudluğu 1907-ci ildə italyan fiziki və riyaziyyatçısı Vito Volterra tərəfindən irəli sürülsə də, atom ölçülü qüsurları təsvir edən dislokasiya termini ilk dəfə 1934-cü ildə G.İ.Taylor tərəfindən istifadə edilmişdir. Atomların yarım müstəvisinin kristal quruluşa nüfuz etməsi nəticəsində tətbiq olunan təzyiqlə müstəvinin sonundakı atomlar təzyiqin təsiri ilə sıxılır, müstəvi tərəfindəki atomlar isə açıq qalır.
Kriogen dondurma
Kreogen dondurma — Qida məhsullarını dondurmaq üçün aşağı temperaturlar soyuducu agentin (ammonyak, freonlar) və ya kriogen mayelərin (maye azot, karbon dioksidi) qaynaması nəticəsində alınır. Kriogen mayelər – bir dəfə istifadə edilən soyuqluq daşıyanlardır. Kriogen aparatlar iki qrupa bölünür. Birincidə emal olunan məhsul kriogen maye ilə bilavasitə təmasda olur. İkinci qrup aparatlarda məhsul və kriogen maye arasındakı istilikdəyişmə əlavə termiki müqaviməti olan elementlərdən (qablaşdırıcı material, blok-formanın metal səthi və ya nəqletdirici konveyer) keçərək baş verir. Öz növbələrində hər iki qrupun aparatları qaynayan (kriogen mayelər, freonlar) və qaynamayan soyuqluq daşıyıcılı (duzlu məhlullar) olurlar. Qida məhsullarının bioloji toxumaları formalaşdıran heyvanı və ya bitki mənşəli hüceyrələrdən ibarətdir. O müxtəlif duzların və başqa qida maddələrinin su qarışıqlarından ibarətdir. Kristallaşmada suyun donması prosesi hüceyrələr arası məsafədən başlayır, sonra hüceyrələrin daxilinə keçir. Əgər donma prosesi çox zəif gedərsə, o zaman hüceyrələr arasında böyük buz kristalları əmələ gələrək hüceyrəni parçalayır.
Kriogen dövrü
Kriogen (yun. κρύος (krýos)- soyuq və γένεσις (génesis) - doğum) və ya Kriogen dövrü — 720-635 milyon il əvvəlləri əhatə edən geoloji dövr. Neoproterozoy erasının ikinci dövrüdür. Kriogen dövrü 1990-cı ildə Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Əksər dövrlərdən fərqli olaraq Kriogenin başlanğıcı qlobal miqyasda müşahidə olunan və sənədləşdirilmiş bir hadisə ilə əlaqələndirilmir. Geoloji dövrün adı Kriogenin çox soyuq qlobal iqlimə malik olması ilə bağlıdır. Geoloji dəlillər Yerin bu dövrdə tarixin ən ağır buz dövrlərini yaşadığını göstərir. Kriogen dövründə ümumiyyətlə iki böyük buz dövrünün: 720-660 milyon il əvvəlləri əhətə edən Sturt buz dövrü və təxminən 635 milyon il əvvəl Kriogen dövrü ilə başa çatmış Marino buz dövrü; olduğu təxmin edilir. Bu dövrdə buz aşağı enliklərə qədər bütün dünyanı əhatə etdiyi üçün bu model "qartopu dünya" adlanır. Kriogen dövrü başlamazdan əvvəl, təxminən 750 milyon il əvvəl, Rodiniyanı parçalanmağa başladı.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.